AzQAC-ın Xankəndiyə göndərmək istədiyi ərzaq yükünün dayandığı Ağdam-Xankəndi yoluna işıq çəkilib - YENİLƏNİB (FOTOLAR)

2023/09/azqac-3387188906.jpg
Oxunub: 4209     22:43     01 Sentyabr 2023    
Ağdam-Əsgəran-Xankəndi avtomobil yoluna elektrik enerjisi verilib.

Ordu.az xəbər verir ki, uzunluğu 1500 metr olan elektrik xəttinin çəkilişi başa çatıb.

Elektrik xətti Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Xankəndiyə göndərmək istədiyi ərzaq yüklərinin dayandığı əraziyə 110/35/10 Kv-luq "Ağdam-2" yarımstansiyasından çəkilib.

Qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni sakinlərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan göndərilən ərzaq yüklü avtomobil karvanı artıq dörd gündür ki, Ağdam-Əsgəran-Xankəndi avtomobil yolunda gözləyir.



***

Ağdam-Xankəndi avtomobil yoluna elektirik xətti çəkilir.

Ordu.az xəbər verir ki, ilkin mərhələdə çəkilən elektrik xəttinin uzunluğu 1500 metr olacaq.

Hal-hazırda Ağdam-Xankəndi yolu üzərində qurulan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ərzaq yükləri dayandığı əraziyə 110/35/10 kilovotluq Ağdam 2 yarımstansiyasından 1 km yarım məsafədə 10 klovotluq xətt çəkilir.

Bunun üçün 34 işıq dirəyi basdırlmalıdır. Onun 20 ədədi basdırılıb, quyuları qazılıb məftili buraxılıb. İşlərin günun sonuna kimi yekunlaşması nəzərdə tutulub. Hal-hazırda 110/35/10 Ağdam 2 yarımstansiyasında fasiləsiz enerji var. Birbaşa ordan məntəqəyə fasiləsiz elektrik enerjisi ilə təmin ediləcək.

Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni əsilli sakinlər üçün 40 ton un göndərilib. Yük avtomobilləri Rusiya sülhməramlılarının Ağdam-Xankəndi yolundakı postunda gözləyir. Ərzaq dolu yükün Xankəndiyə çatdırılmasına şərait yaradılması üçün Rusiya sülhməramlı kontingentinin komandanlığına müraciət olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Ağdam   Xankəndi   Yol  


Bizi "telegram"da izləyin