ABŞ HHQ 2027-ci ildə uçan qanad sınaqlarına başlayacaq

2023/08/2023--1692338795.jpg
Oxunub: 5149     11:45     18 Avqust 2023    
ABŞ Hərbi Hava Qüvvələri (HHQ) yanacağa 30 faiz qənaət edəcək uçan qanad konsepti üçün düyməni basıb.

Ordu.az xəbər verir ki, ilk prototip olan sınaq təyyarəsinin yığılması 2026-cı ildə tamamlanacaq.

Prototip 2027-ci ildə səma ilə görüşəcək.

İlk dəfə mülki sektorda ortaya çıxan “Blended Wing Body” - İnteqrasiya olunmuş Qanad Gövdə (BWB) konsepsiyası “Airbus” və “Boeing” tərəfindən tədqiq edilib və fərqli modellər üzərində iş aparılıb.

Edilən dizaynda ən azı 30 faiz yanacaq qənaətinə nail olunub, BWB-nin yükgötürmə qabiliyyəti də mövcud təyyarələrdən daha böyük olub. ABŞ HHQ avqustun 16-da BWB təyyarələrinin istehsalı üçün aviasiya startapı “JetZero”nu seçdiyini elan edib.

Təyyarə 2026-cı ilə qədər istehsal olunacaq və uçuş sınaqlarına 2027-ci ildə başlanacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   HHQ   BWB  


Bizi "telegram"da izləyin