Ordu.az xəbər verir ki, bu barədə BMC şirkətinin Baş direktoru Mehmet Karaaslan məlumat verib.
“Məqsədimiz 2024-cü ilin sonuna qədər "Altay" tankı üzərindəki sınaqları tamamlamaq və kütləvi istehsala başlamaqdır. 2025-ci ildə ordumuzun xidmətinə yeni "Altay"lar təqdim etmək istəyirik. Yerli və milli mühərrikimiz "Batu" üçün davam edən bir inkişaf prosesi var. O da sürətlə irəliləyir", - deyə o qeyd edib.

Altay tankı üçün istehsal edilən Batu adlı güc qrupu haqqında məlumat verən BMC POWER direktoru Yılca Barış Sert, "Batu" layihəsinin əslində "Altay" tankının ürəyi olduğunu ifadə edib: "Bizdə mühərrik var, transmissiya var və o, həmçinin soyutma paketindən ibarətdir. Bu, 1500 at gücünə malik bir "canavar"dır. "Altay" tankının bütün gücü buradan gəlir. Ən mühüm xüsusiyyəti yerli və milli olmasıdır. Daxilindəki bütün detalları Türkiyə istehsalıdır. Xüsusilə dizaynının Türkiyədə olması bizə böyük üstünlük verir".
Sevinc Əliyeva
Ordu.az