Bir müddətdir elektriklə çalışan avtomobil sistemləri üzərində işləyən və onları mülki istifadəyə təqdim edən ASELSAN, sərgidə əldə olunan son naliyyətləri də ortaya qoyub.
ASELSAN-ın elektriklə çəkmə sistemləri ilə təchiz edilən TEMSA-nın istehsal etdiyi elektrik avtobusları Samsun Böyükşəhər Bələdiyyəsi tərəfindən səmərəli istifadə olunur. KARSAN-ın istehsal etdiyi, həmçinin ASELSAN elektriklə çəkmə sistemləri ilə təchiz edilmiş elektrik mikroavtobusları yollara çıxmaq üçün günləri sayır. BMC-nin ASELSAN sistemindən istifadə edərək hazırladığı 12 metrlik elektriklə çalışan avtobus işi də başa çatıb.
ASELSAN ilk dəfə üzərində işlədiyi hibrid ötürmə sistemini də IDEF 2023 sərgisində nümayiş etdirir. Hibrid ötürmə sistemi bütün hərbi avtomobil istehsalçıları üçün yerli və milli çəkmə sistemi həlli olacaq. Layihə çərçivəsində inkişaf etdirilən Daxili və Adaptiv Batareya Sistemi ilə yaşayış sahəsində səssiz ötürmə və səssiz işləmə mümkün olacaq.
Türkiyə Müdafiə Sənayesi Rəyasət Heyətinin rəhbərliyi ilə ASELSAN və "BMC Power" arasında imzalanan Hibrid Ötürmə Sisteminin İnkişafı Texnologiyasının Alınması Öhdəliyi Layihəsi çərçivəsində oxa inteqrasiya edilmiş elektrik mühərriki ötürməli (e-ox) hibrid çəkmə sistemi ilə ilk dəfə olaraq 4x4, 6x6 və 8x8 hərbi maşınları üçün seriyalı hibrid arxitekturada hazırlanır.
Seriyalı hibrid arxitekturası ilə hərbi maşınlarda məsafə problemi də aradan qaldırılacaq. Hazırlanmış e-ox sistemi 4x4 (20 ton), 6x6 (30 ton), 8x8 (40 ton) avtomobillərdə istifadə oluna biləcək.
Elektron diferensial sayəsində mexaniki diferensial aradan qaldırılacaq və xaricdən asılılığın qarşısı alınacaq. Sistemdəki Daxili Generator Sistemi ilə əlavə generator daşımağa ehtiyac qalmadan həm akkumulyatorlar doldurulacaq, həm də sahədə çalışan personalın və digər sistemlərin/cihazların enerji ehtiyacları qarşılanacaq.
Sevinc Əliyeva
Ordu.az