Baş prokuror Laçın və Qubadlıda hərbi hissələrdə olub - FOTOLAR

2023/06/58e4b-1687449312.jpg
Oxunub: 2065     19:17     22 İyun 2023    
İyunun 22-də Baş prokuror Kamran Əliyev Laçın və Qubadlıda Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Daxili Qoşunlara məxsus hərbi hissələrdə olub.

Bu barədə Ordu.az-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, Baş prokuror əsgər və zabitlərlə görüş keçirib.

K.Əliyev Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə edilmiş hərbi-siyasi Zəfərin əhəmiyyətindən bəhs edib.

Sonra bir qrup hərbçiyə Silahlı Qüvvələr Günü münasibətilə qiymətli hədiyyələr təqdim olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Laçın   Qubadlı   Baş-prokuror  


Bizi "telegram"da izləyin