MM nümayəndə heyəti Avstriyadakı səfirlikdə Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edib - FOTO

2023/06/6491d-1687282559.jpg
Oxunub: 5610     21:19     20 İyun 2023    
Xəbər verdiyimiz kimi, Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti Avstriya Respublikasında rəsmi səfərdədir.

Ordu.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

İyunun 20-də nümayəndə heyətinin üzvləri Azərbaycanın bu ölkədəki səfirliyinə gəlib, burada səfirlik əməkdaşları üçün yaradılmış şəraitlə yaxından tanış olublar.

Spiker Sahibə Qafarova və nümayəndə heyətinin üzvləri səfirlikdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyub, əməkdaşlarla səfirliyin fəaliyyəti barədə söhbətlər aparıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Azərbaycan   Avstriya  


Bizi "telegram"da izləyin