Ordu.az xəbər verir ki, məlumatı Türkiyənin Müdafiə Nazirliyi yayıb.
Məlumata görə, Yaşar Güler Alyansın Toplantısının ikinci günündə keçirilən iclasda iştirak etmək üçün NATO Baş Qərargahına gedib. Onu Türkiyənin NATO-dakı Daimi Nümayəndəsi səfir Zeki Levent Gümrükçü, Türkiyə NATO-dakı Hərbi Nümayəndəliyi Komitəsinin sədri general-leytenant Göksel Kahya və başqa rəsmilər qarşılayıb.
Bildirilib ki, salonda o, ABŞ-ın müdafiə naziri Llyod Austin və Norveçin müdafiə naziri Byorn Arild Gram başda olmaqla həmkarları ilə görüşərək sessiyadan sonra müdafiə nazirlərinin iştirakı ilə keçirilən “ailə şəkli” çəkilişinə qatılıb.
Ordu.az