Azərbaycanın və Türkiyənin birinci xanımları İçərişəhərdə olublar - FOTOLAR (YENİLƏNİB)

2023/06/a3e9e-1686659949.jpg
Oxunub: 2709     16:32     13 İyun 2023    
İyunun 13-də Azərbaycan Respublikasının birinci xanım Mehriban Əliyeva və Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan Bakıda dünya mədəni irsi abidələrindən sayılan İçərişəhərdə olublar.

Ordu.az xəbər verir ki, qonaqlar gəzintiyə dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan Qız qalası ilə tanışlıqdan başlayıblar. Türkiyə Respublikasının birinci xanımına bu qədim abidənin tarixi barədə ətraflı məlumat verilib.

Daha sonra qonaqlar UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir-bərpa və abadlıq işləri barədə məlumatlandırılıblar.

İçərişəhərdə qədim tarixi-mədəni abidələrdən biri olan "Hacı Bani" hamamı və İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi ilə tanışlıq qonaqlarda xoş təəssürat doğurub.

Sonda qonaqlara xatirə hədiyyələri təqdim edilib.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan İçərişəhərdə olub.

Ordu.az xəbər verir ki, o bu barədə tviterdə paylaşım edib.

O, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə birlikdə İçərişəhərə getdiyini bildirib.

Ə.Ərdoğan qeyd edib ki, bu ərazi UNESCO tərəfindən qorunan, müxtəlif mədəniyyətlərin izlərinə sahib nadir bölgələrdəndir:

“Burada əl əsərlərinin hər birinə heyran olmamaq mümkün deyil. Həm ölkənin, həm də Türk mədəniyyətinin brendləşməsi naminə bu layihəni həyata keçirən hər kəsi ürəkdən təbrik edirəm”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Azərbaycan   Türkiyə  


Bizi "telegram"da izləyin