Ordu.az xəbər verir ki, bu münasibətlə Sumayıt şəhərində tədbir keçirilib.
Tədbirdə Qubadlı və Sumqayıt İcra Hakimiyyətlərinin nümayəndələri, şəhər ictimaiyyəti, Vətən müharibəsi iştirakçıları və şəhidin doğmaları iştirak ediblər.
Tədbir Azərbaycan himninin səsləndirilməsi ilə başlayıb. Mərasimdə Azərbaycan Televiziyasının rəhbəri, İcra Hakimiyyətinin nümayəndələri, Vətən müharibəsinin iştirakçıları çıxış ediblər. Tədbirdə Sirac Abışovun fəaliyyəti barədə məlumat verilib .
Qeyd edək ki, Sirac Abışov 29 avqust 1989-cu il tarixində Qubadlı şəhərində anadan olub. Sirac Birinci Qarabağ müharibəsi zamanı ailəsi ilə birlikdə evlərindən didərgin düşüb, Sumqayıt şəhərində yaşamağa başlayıb.
4 iyun 2021-ci ildə Kəlbəcər rayonunun Susuzluq kəndinə gedən yolda minaya düşərək şəhid olub. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə şəhid jurnalist Sirac Abışov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Sirac ailəli idi, Özgür adında bir övladı var.
Ordu.az