Astarada şəhid övladları üçün bayram şənliyi keçirilib - FOTOLAR

2023/06/bfa8a-1685713991.jpg
Oxunub: 1761     17:46     02 İyun 2023    
Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Astarada Vətən müharibəsi şəhidlərinin övladları üçün "Qoy həmişə sülh olsun" adlı bayram şənliyi keçirilib.

Ordu.az-ın xəbərinə görə, tədbir Vətən müharibəsi iştirakçılarının, "İşığa doğru" sosial maarifləndirmə layihəsinin, Astara Gənclər Evinin təşkilatçılığı və dəstəyi ilə baş tutub.

Bayram şənliyində şəhid ailələri, Astara Gənclər Evinin əməkdaşları, könüllülər və rayon sakinləri iştirak edib.

Şənlikdə şəhid övladları üçün müxtəlif əyləncəli proqramlar təşkil edilib, musiqi nömrələri ifa olunub.

Tədbirin sonunda uşaqlar "Qoy həmişə sülh olsun" şüarı ilə səmaya şar buraxıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Astara   Şəhid-övladları  


Bizi "telegram"da izləyin