Xüsusi Riskli Xilasetmə Xidmətinin hərbçiləri Türkiyədə kurs keçiblər - FOTOLAR

2023/06/6479d-1685710180.jpg
Oxunub: 5740     16:16     02 İyun 2023    
FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin bir qrup hərbi qulluqçusu Türkiyə Respublikasında Jandarma Baş Komandanlığının Jandarma Logistika, Texniki və Köməkçi Şöbələr Təhsil Mərkəzi tərəfindən təşkil edilən kurslarda iştirak ediblər.

Ordu.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin 6 nəfər əməkdaşı Ankara şəhərində təşkil olunmuş kurslarda tədrisi uğurla başa vuraraq xidməti yerlərinə qayıdıblar. Əməkdaşlar tədris müddətində bilik və bacarıqlarının təkmilləşdirilməsi ilə yanaşı, kurslarda Azərbaycan tarixi haqqında geniş təqdimatlar veriblər.

Kursun yekununda əməkdaşlara təlim-tədris prosesini uğurla bitirmələri barədə sertifikatlar təqdim olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Türkiyə   Kurs  


Bizi "telegram"da izləyin