Prezidentin nümayəndəsi şəhid, qazi övladları, sağlamlıq imkanları məhdud uşaqlarla görüşüb - FOTOLAR

2023/06/16e81-1685627277.jpg
Oxunub: 2610     17:25     01 İyun 2023    
İyunun 1-də - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli şəhid, qazi övladları, sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olan təkvalideynli uşaqlar, eləcə də fəal kursant və şagirdlərlə görüşüb.

Ordu.az xəbər verir ki, əvvəlcə uşaqlar Ali Məclisin foyesində Ümummilli Lider Heydər Əliyevin büstü və iclas salonu ilə əyani surətdə tanış olublar.

Şəhid Tağı Abdullazadənin övladı, Naxçıvan şəhər 3 nömrəli körpələr evi-uşaq bağçasının məktəbəqədər hazırlıq qrupundan olan Yusif Abdullazadə atasına həsr olunmuş şeir söyləyib.

Sonra səlahiyyətli nümayəndə uşaqların suallarını cavablandırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Naxçıvan   Şəhid   Qazi  


Bizi "telegram"da izləyin