ASAN könüllülərinin “Əsgərə məktub” layihəsi davam edir - FOTOLAR

2023/04/16808-11765933655.jpg
Oxunub: 5280     10:00     07 Aprel 2023    
“ASAN Könüllüləri” Təşkilatının “Əsgərə məktub” layihəsi çərçivəsində şanlı Aprel döyüşlərinin 7-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Ordu.az-a bildirilib ki, tədbir Ağcabədi şəhərindəki hərbi hissələrin birində baş tutub.

Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Həmçinin “Əsgərə məktub” layihəsi çərçivəsində “ASAN xidmət” mərkəzlərində vətəndaşlarımız tərəfindən yazılmış məktublar və “Əsgərə kitab” aksiyası çərçivəsində toplanan kitablar əsgərlərə təhvil verilib.

Vətən Müharibəsi Qəhrəmanı, şəhid mayor Anar Şükürovun oğlu, ASAN könüllüsü Ümid Şükürlü qəhrəman atası və ordumuz ilə bağlı təəssüratlarını əsgərlərimizlə bölüşüb.

Sonra “ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət Carçısı” proqramının musiqi qrupunun üzvlərinin vətənpərvərlik ruhunda ifaları səsləndirilib.

Sonda hərbi hissə ərazisinə ekskursiya baş tutub.
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: ASAN   Əsgərə-məktub  


Bizi "telegram"da izləyin