Türkiyə, Azərbaycan və Gürcüstanın müdafiə nazirləri görüşüblər - VİDEO (FOTOLAR)
Oxunub: 595
23:38
01 Fevral 2023
Türkiyə, Azərbaycan və Gürcüstanın müdafiə nazirləri - Hulusi Akar, Zakir Həsənov və Cuanşer Burçuladz Sarıqamışda görüşüblər
Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov fevralın 1-də bu ölkəyə səfər edib.
Səfər çərçivəsində general-polkovnik Z.Həsənovun qardaş ölkədə keçirilən "Qış təlimi - 2023" beynəlxalq təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirakı planlaşdırılır.