ORSİS işi çərçivəsində Ermənistan ordusuna ayrılmış güllələrin qiymətinə də toxunulacaq?

2019/10/Gabri-1572080093.jpg
Oxunub: 8221     14:08     26 Oktyabr 2019    
ORSİS şirkətinin vəkili, şirkət tərəfindən Ermənistanın hərbi məhsulla təmin edilməsi tenderinin urğursuz olması məsələsində Ermənistan Müdafiə Nazirliyini günahkar hesab edən Aleksandr Sirunyan iddia edir ki, 2 dollar dəyərində olan güllə 12 dollara Ermənistan ordusuna tədarük edilirdi, ORSİS şirkətinin Ermənistana daxil olmasından sonra isə o, 6 dollara satılıb.

Ordu.az xəbər verir ki, erməni jurnalistlər məsələ ilə bağlı Ermənistan Müdafiə nazirinin müavini Qabriel Balayandan açıqlama almağa cəhd edib.

Lakin o, 2 dollar dəyərində olan güllənin hansı yolla 12 dollara satılması məsələsinə o qədər də aydın cavab verməyib.

“Rəsmi açıqlama verilib, bununla bağlı bildiriş olub, bundan artıq heç nə deyə bilmərəm, əlavə edəcək heç nəyim yoxdur. Və sonra, bunun üçüncü şəxsə əlçatan məlumat olmasına əminsiniz?”, - deyə nazir müavini bildirib.

Rusiya tərəfindən Ermənistana göndəriləcək etiraz notası məsələsinə toxunan nazir müavini belə bir şeyin olmadığını qeyd edib.

“Bu, reallığı əks etdirmir. Diplomatik leksikonda danışsaq, nota tamamilə başqa hüquqi əlaqədir. Rusiya tərəfinin nota göndərməsi ilə bağlı Xarici İşlər Nazirliyindən hələki hər hansı xəbər almamışıq”, - deyə o bildirib.

ORSIS şirkəti ilə əməkdaşlığın dayandırılıb-dayandırılmaması ilə bağlı verilən suala Balayan bildirib ki, bu barədə məlumat verə bilməz.

“Mən sizə belə bir məlumatı bildirə bilmərəm, çünki Müdafiə Nazirliyinin çoxsaylı tərəfdaşları var. Buna görə də mən dayandırılıb-dayandırılmamasını aydın şəkildə vurğulaya bilmərəm”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ORSİS   Ermənistan  


Bizi "telegram"da izləyin