Lori vilayətində ölən yanğınsöndürən Aprel döyüşlərinin iştirakçısı olub

2018/01/435345_1517223806.jpg
Oxunub: 27107     12:44     26 Oktyabr 2019    
Ermənistanın Vanadzor şəhərində yanğınsöndürmə işləri zamanı ölən 22 yaşlı yanğınsöndürən Samvel Develyan Aprel döyüşlərində mövqelərimizə qarşı həyata keçirilən təxribatçı əməliyyatların iştirakçısı olub.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, yanğın səbəbilə zərərçəkmiş şəxslərdən birinin vəziyyəti isə olduqca ağırdır, onun bədən hissəsinin 40 faizi yanıb.

Məlumata görə, zərərçəkmiş yanğınsöndürən 27 yaşlı Edqar Qriqoryan Vanadzor tibb mərkəzindən İrəvan Radiasiya Tibb və Yanıq Mərkəzinə köçürülüb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Aprel-döyüşləri  


Bizi "telegram"da izləyin