Erməni hüquq müdafiəçisi: “Əsgər itkisinin bütün məsuliyyətini Ermənistan MN daşıyır”

2019/10/image-1572079307.jpg
Oxunub: 13172     12:36     26 Oktyabr 2019    
“Artsrun Hovhannisyanın timsalında Müdafiə Nazirliyi də hərbi qulluqçuya qarşı ictimai təzyiqlər və təhdid səsləndirir”.

Ordu.az xəbər verir ki, bunu erməni hüquq müdafiəçisi Janna Aleksanyan öz “Facebook” səhifəsində qeyd edib.

O, hərbi qulluqçunun hərbi hissədən “yoxa çıxmasına” görə Ermənistan Müdafiə Nazirliyini günahlandırıb.

“Dünən məlum oldu ki, hərbi qulluqçu hərbi hissədən yoxa çıxıb, bu gün 6-cı gündür. Hərbi polis axtarır, lakin hərbi qulluqçu hələ tapılmayıb. Vacib olan onu diri və sağlam tapmaqdır. Təcrübə göstərib ki, hərbi qulluqçuların hərbi hissəni tərk etməsinin əsas səbəbləri qeyri-sağlam atmosfer, dava-dalaş, komandir heyətinin təzyiqləridir.

Bundan əlavə o, (Artsrun Hovhannisyan – red.) bütün hallarda hərbi qulluqçunun cinayət məsuliyyətinə cəlb olunacağına vəd verərək özünü cəzalandıran hüquq-mühafizə orqanının sahibi saxlayır.

Əsgər itkisinin bütün məsuliyyətini Müdafiə Nazirliyi daşıyır. Əsgərin ailəsinə dəstək verməyə hazırıq”, - deyə hüquq müdafiəçisi bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Əsgər   Fərarilik  


Bizi "telegram"da izləyin