Mnatsakanyan “Hard Talk”ın məngənəsində: “Orda ermənilər yaşaya bilər, amma ora Ermənistan ərazisi deyil”

2019/10/15720-3144149500.jpg
Oxunub: 5367     11:03     26 Oktyabr 2019    
Ermənistan Xarici İşlər naziri Zohrab Mnatsakanyan “BBC Hard Talk” verilişi zamanı Stivın Sakurun Qarabağla bağlı sualları cavablandırıb.

Ordu.az xəbər verir ki, veriliş zamanı jurnalist xatırladıb ki, 1995-ci ildə təqdim edilmiş “Human Rights Watch”ın hesabatında erməni qüvvələrinin Ermənistanın dəstəyi ilə müharibə gedişatında həyata keçirilmiş sui-istifadələrin əksəriyyəti üçün cavabdehlik daşıması qeyd edilir.


2017-ci ildə isə Avropa İnsan Hüquqları Məhkəməsi Ermənistanla bağlı 12 qərar qəbul edib. Bu 12 qərardan 11-də qeyd edilir ki, ölkə (Ermənistan-red.) Avropa İnsan Hüquqların Konvensiyasını pozub.

O bildirib ki, Paşinyan sülh istədiyini desə də, avqust ayında “Qarabağ Ermənistanındır və nöqtə” bəyanatı verib.

Erməni nazir ilk öncə sualdan yayınmağa çalışsa da, jurnalist beynəlxalq hüquqa əməl etməli olduqlarını xatırladıb.

“Bəli, mən qəbul edirəm ki, biz hamımız birlikdə irəli hərəkət etməliyik. Hamımız. Lakin hər bir tərəf konstruktiv qaydada cəlb olunmalıdır. Baş nazir “həs kəs üçün məqbul həll” deyərkən məhz bunu nəzərdə tuturdu. Biz irəli hərəkət etməklə bağlı bu ruhda əsas yaradılması üçün Azərbaycandan mesaj gözləyirik”, - deyə Mnatsakanyan bildirib.

Jurnalist isə qeyd edib ki, bu bəyanat beynəxalq hüququn və BMT-nin mövqeyinə ziddir. Bildirib ki, 90-cı illərdəki kimi bu cür millətçi bəyanatların səslənməsindən sonra sülh istədiyinizi qeyd edirsiniz.

Erməni nazir bildirib ki, Dağlıq Qarabağda ermənilər yaşayır. Jurnalist isə cavabında qeyd edib ki, orda ermənilər yaşaya bilər, amma ora Ermənistan ərazisi deyil.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İşğal   Qarabağ  


Bizi "telegram"da izləyin