JAS-39 çox gözəl, ucuz dördüncü nəsil təyyarədir. İlkin olaraq 1980-ci illərdə İsveçdə, ölkənin neytral xarici siyasi mövqeyini davam etdirmə səylərinin bir hissəsi kimi hazırlandı. Bu skandinav maşını həm nisbətən ucuz, həm də baxımı daha asandır. “Gripen”in bu xüsusiyyətləri onu Braziliya, Cənubi Afrika, Çexiya, Macarıstan və Tailand kimi ölkələr üçün cəlbedici etdi. Son dövrlərdə bu təyyarənin istehsal xətti sürətləndirildiyindən güman etmək olar ki, onu getdikcə daha çox ölkənin silahlanmasında görə biləcəyik. Bu ölkələrə Xorvatiya, Finlandiya və Bolqarıstanı əlavə etmək olar.
İsveç “Gripen”in layihələndirilməsinə 1979-cu ildə başladı. Onun məqsədi silahlanmasında olan J-35 “Draken” və JA-37 “Viggen” təyyarələrini əvəzləmək idi. İlkin tələblər arasında təyyarənin Max 2 sinfinə aid olması daxil edilmişdi.Təyyarə 2600 fut yüksəklikdə əməliyyat apara bilməli və aviabazalardan uzaq məsafələrdə də rahat istifadə üçün uyğun olmalı idi.
O, ilk olaraq tək mühərrikli, tək oturacaqlı, “Volvo-Flygmotor RM12-a” mühərriki ilə hərəkətə gətirilən yeni bir dizayn kimi ortaya çıxdı. Lakin İsveçin bu təyyarələri tamamilə öz hesabına, yerli şəkildə istehsal etdiyi ilə bağlı deyilənlər sadəcə mifdir. Çünki xərclərin aşağı saxlanması üçün, mühərrikdə və digər bir sıra komponentlərdə istifadə edilən texnologiyalar xaricdən əldə edilmişdi.
“Gripen” ilk dəfə İsveç və Braziliya Hərbi Hava Qüvvələrinə çatdırıldı. İlk istehsalından 40 ilə yaxın müddət keçməsinə baxmayaraq, qlobal bazarın əsas rəqabətli məhsullarından biri olaraq qalmaqdadır. Onun istehsal xətti 2022-ci ildə yekunlaşsa da, “Saab” rəsmiləri bundan sonra da təyyarənin yenilənmiş versiyasını istehsal edə biləcəklərinin siqnallarını veriblər.
Dəyanət Ağalarlı
Ordu.az