Qazaxıstan səfiri Müdafiə sənayesi naziri ilə görüşüb

2019/06/15610-1561115072.jpg
Oxunub: 6199     15:19     25 Oktyabr 2019    
Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov Müdafiə sənayesi naziri Mədət Quliyevlə görüşüb.

Bu barədə Ordu.az-a Qazaxıstanın Bakıdakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, tərəflər hərbi-texniki sahədə əməkdaşlığın inkişafı ilə bağlı yüksək səviyyədə əldə olunan razılaşmanın həyata keçirilməsi məsələsini müzakirə ediblər.

Görüş Qazaxıstanın müdafiə naziri Nurlan Yermekbayevin 29-30 oktyabr 2019-cu il tarixində Bakıda keçiriləcək MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak etməsi üçün Azərbaycana edəcəyi səfər öncəsi baş tutub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MSN   Qazaxıstan  


Bizi "telegram"da izləyin