Bu barədə KİV-lərə Ermənistan Respublikası Ədliyyə Nazirliyinin cəzaçəkmə xidməti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nona Navikyan məlumat verib.
Jurnalistin vaxtından əvvəl azad edilməsi üçün hansı əsaslarla müraciət etdiyinə dair sualına o cavab verib ki, onun 20 ili tamam olub. Navikyan qeyd edib ki, 80 gün ərzində müraciətin mənfi və ya müsbət cavablandırılacağı aydın olacaq.
Formal olaraq, ömürlük məhkumun iyirmi il sonra belə bir müraciət etmək hüququ var, amma bu vəziyyətdə ictimaiyyət məsələnin formal tərəfi ilə maraqlanmır.
Söhbət günahkar, terror qruplaşmasının liderindən gedir. Sivil ölkələrdə terrorçularla danışıqlar aparmırlar, tələb və xahişləri yerinə yetirilmir. İndiki halda Hunanyan dövlətə bir xahiş və ya tələb ünvanlayıb, dövlət onun xahişini eşitsə, oktyabrın 27-də baş vermis cinayətin və terrorun üzərindən uzun vaxt keçdiyini nəzərə almış olacaq.
“Belə bir şey ola bilməz və əminik ki, Hunanyanın müraciəti rədd ediləcək”, - deyə erməni politoloq Sarqis Artsruni bildirib
Ancaq daha əhəmiyyətlisi, cəmiyyət üçün ən arzuolunmaz sima olduğunu, demək olar ki, MTX izolyatorunun onun üçün ən təhlükəsiz yer olduğunu bildiyi halda Hunanyanı belə bir ərizə təqdim etməyə həvəsləndirən şeydir.
“Əlbəttə ki, terrorçu qrup liderinin müraciətini müxtəlif cəhətlərdən müzakirə edə bilərik, hətta günahkarlıq həssaslığını itirdiyini də iddia edə bilərik. Digər tərəfdən, günahsızın belə bir ərizə yazmaq fürsəti çətin ki, ola bilərdi. İstənilən halda, Hunanyan onun müraciətinin reaksiyasını nəzərə almadığını da heç düşünmürəm. Ancaq bu kontekstdə ərizə yazırsa, deməli onun bəzi hesablamaları var”, - deyə politoloq qeyd edib.
Əlbətdə ki, erməni terrorçunun buraxılması iyirmi il sonra “27 Oktyabr” cinayətinin açıqlanmaması və işin açılmasının hətta “inqilab”ın qələbəsindən sonra da siyasi gündəmdə mövcud olmamasından ruhlanaraq əsaslandırıla bilər. “27 Oktyabr” cinayətinin fəsadları aradan qaldırılmayana qədər Hunanyan sərbəst buraxılacağına ümid edə bilər, başqa sözlə onun üçün əlverişli ola biləcək daxili və xarici halların olduğunu düşünə bilər.
Xüsusilə, Hunanyan, cinayətkarın zehni düşüncə və davranış səviyyəsinə yaxın olan Ermənistanda baş verən revanş xəyalından ilhamlana bilər. Hunanyan öz müraciəti ilə əslində revanş edənlərin kampaniyasına inteqrasiya etdiyini göstərir. Digər tərəfdən, o, Köçəryana xüsusi bir “ismarıc” göndərməklə xatırlatmağa çalışır ki, ikinci prezidentin həyatını çətinləşdirəcək məqamlar haqqında hələ də danışa bilər Köçəryan siyasi məhbus olduğunu iddia edərsə, Hunanyan bir amil olmaq barədə düşünə bilər. Nəhayət, əgər Köçəryan bəziləri tərəfindən “qəhrəman” elan edilirsə, Hunanyanda da “ədalət” hissi güclənə bilər.
Alpər Mövludoğlu
Ordu.az