Erməni politoloq: “Ermənistan hər halda kiminsə ayaqqabısı altında olmalıdır və hansının bizə ən çox sərf etdiyini seçməliyik”

2019/10/000_1-1572006994.jpg
Oxunub: 9559     18:43     25 Oktyabr 2019    
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Serj Sarkisyanın hazırkı hakimiyyətə Konstitusiya Məhkəməsi və Xankəndi vasitəsilə zərbə vurması ilə bağlı fikirlərini bildirib.

Konstitusiya Məhkəməsindəki məqamından bəhs edən Qriqoryan, Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyan ətrafında baş verən prosesləri nəzərdə tutub.

Xankəndində gəldikdə, erməni politoloq Robert Qevondyanın sözlərinə görə, keçmiş hakimiyyət orada öz mövqelərini müəyyən dərəcədə qorumağa çalışır.

“Bilirik ki, indiyə qədər Xankəndindəki hakimiyyət, hətta Ermənistanın təyinatı ilə, Ermənistanın icazəsi ilə qurulub. Bako Sahakyandan sonra keçmiş rejimlə müəyyən mexanizmlərlə əlaqəli bir şəxs Xankəndində “hakimiyyət”ə gəlsə, Xankəndi vasitəsilə İrəvana təsir etməyin mümkün olacağını deyə bilərik”, - deyə o bildirib.

Qevondyan Təhlükəsizlik Şurasının katibinin yalnız Serj Sarkisyanın adını çəkməsindən və xatırlatmağından asılı olmayaraq, problemin təkcə Sarkisyan olmadığını vurğulayıb.

“Robert Koçaryanı da qeyd edə bilərik. Vitali Balasanyan hakimiyyətə gəlsə onu da qeyd etmək olar, Mikayel Minasyanı da vurğulamaq olar. Yəni keçmiş hakimiyyətlə əlaqəsi olan bütün əlaqəli mərkəzlərin adını çəkmək olar. Deyək ki, problem təkcə Serj Sarkisyan deyil, keçmiş sistemin mərkəzi simalarından olan insanlar da var”, - deyə politoloq qeyd edib.

Onun sözlərinə görə, Xankəndinin (qondarma qurum-red.) belə bir siyasəti vahid erməniçiliyin zəifləməsinə səbəb olacaqdır.

“Ermənistan daxilindəki hər hansı bir parçalanma bizim mövqeyimizi zəiflədir. Baxmayaraq ki, Ermənistanın müstəqil, suveren gələcəyi olmadığına inanan kontingent var. Mher Sedrakyanın dediyi kimi, Ermənistan hər halda kiminsə ayaqqabısı altında olmalıdır və hansının bizə ən çox sərf etdiyini seçməliyik. Bu kontingent üçün indiki hakimiyyətin hazırkı siyasəti problemlidir və Ermənistanın dağılmasını bu siyasətdə görürlər. Onlar həqiqətən də belə düşünürlər. Onların fikrincə, müstəqil Ermənistan dağıdıcı bir yoldur və hansısa ayaqqabının altında olmalıdır. Bununla da İrəvan və Xankəndi, İrəvan və Diaspor arasında problemlər yaratmağa çalışırlar. Nəticədə başqa bir qüvvə hakimiyyətə gələ bilər. Həmin yeni güc də xarici siyasətlərində məhz onların irəli sürdükləri yanaşmanı görə bilər”, - deyə Qevondyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin