Ordu.az xəbər verir ki, bunu Ermənistanın “İrates” qəzeti yazıb.
Nəşr qeyd edib ki, Nikol ruslara onların iki qərbyönümlü qüvvə ilə - “İşıqlı Ermənistan” və Respublikaçılar partiyaları ilə ittifaqda olduqlarını izah etməyə çalışıb.
“Belə ki, qeyd edilən partiyalar belə bir qərarın olmasını kəskin şəkildə tələb edib. Paşinyan isə fraksiya rəhbəri kimi buna getməyə məcbur olub, “onların daha qarşısıalınmaz və kəskin şeylər söyləməməsi üçün” əsas məruzəçi kimi çıxış edib.
Edmon Marukyanlar da öz növbəsində ruslar qarşısında fədakarlıq məsələsində dədə-babadan katolik olmağa çalışıblar (xatırladaq ki, onlar ötən ilin dekabr ayında baş vermiş növbədənkənar parlament seçkilərində Avrasiya İqtisadi Birliyindən çıxmaq müddəasını öz proqramlarından çıxarmışdlar), daha sonra bu qərar lahiyəsini fraksiya rəhbəri kimi Nikolun cibinə atıb”,- deyə qəzet yazıb.
Alpər Mövludoğlu
Ordu.az