Ermənistan Səhiyyə Nazirliyi özəl xəstəxanaları öz əlinə alır – Hərbi vəziyyət

2018/06/34_1528612352.jpeg
Oxunub: 16422     16:37     25 Oktyabr 2019    
Dünən Ermənistan parlamenti “Hərbi vəziyyətin hüquqi rejimi haqqında” qanun lahiyəsini ilk oxunuşla qəbul edib. Bu qanun lahiyəsi ilə əslində hərbi vəziyyət halında xəstəxanaların idarə edilməsini Ermənistan Səhiyyə Nazirliyinə həvalə etmək təklif olunur.

Ermənistan parlamentinin “Mənim Addımım” fraksiyasının deputatı Taquhi Tovmasyanın layihənin özəl xəstəxanalarla müzakirə olunub-olunmaması ilə bağlı sualına Səhiyyə nazirinin müavini Levon Hakobyan müzakirə olunmadığını bildirib.

Bu hadisə təkcə özəl xəstəxanaların sahibləri arasında yox, həmçinin vilayət və icma arasında da narazılığa səbəb olub.

“Vardanants” tibb mərkəzinin sahibi, keçmiş Səhiyyə naziri Levon Altunyanın sözlərinə görə, yaxşı olardı ki, onlarla da müzakirə edəydilər və onlar da öz fikirlərini bildirərdi.

Qeyd edək ki, erməni deputat Arman Babacanyan özəl xəstəxanaların ödənişlərinin necə olacağı məsələsini qaldırıb. Nazir müavini isə bildirib ki, onlar ödənişləri insanlar sağalandan sonra alacaqlar.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hərbi-vəziyyət  


Bizi "telegram"da izləyin