Ermənistan parlamentinin sədri Karen Demirçyan, Baş nazir Vazgen Sarkisyan, parlamentin sədr müavinləri Yuri Baxşyan və Ruben Miroyan, deputatlar Mikayel Kotanyan, Henrik Abrahamyan və Armenak Armenakyan, nazir Leonard Petrosyan öldürülüb. Bu günə qədər cinayətin həqiqi təşkilatçılarının kimlər olduğu ictimaiyyətə məlum deyil.
Cinayəti təşkil edənlərdən biri, qruplaşmanın rəhbəri Nairi Hunanyan ömürlük azadlıqdan məhrum edilib və bir neçə gün bundan öncə vaxtından əvvəl şərti azadlığa çıxmaq üçün müraciət edib.
1999-2000-ci illərdə Ermənistan Müdafiə naziri olan Vağarşak Harutyunyanın sözlərinə görə, Hunanyan azadlıqda olmaq istəyir və hazırda onun Ermənistanda yaranmış vəziyyətdən istifadə edərək oktyabrın 27-də baş verənləri təqdim etmək istəyəcəyi istisna edilmir.
Alpər Mövludoğlu
Ordu.az