Hambardzumyan Ermənistan MTX direktoru ola bilər?

2019/10/Gk0Ho-1571999670.jpg
Oxunub: 10197     17:33     25 Oktyabr 2019    
Bir neçə gündür bəzi erməni KİV-ləri Paşinyanın qərarı ilə MTX istintaq idarəsi rəisi Mikayel Hambardzumyanın yaxın gələcəkdə MTX direktoru vəzifəsinə təyin ediləcəyi ilə bağlı xəbər yayır.

Lakin bu təyinat demək olar inanılmazdır, çünki Hambardzumyan keçmiş hakimiyyətin ən çox korrupsiyalaşmış şəxsiyyətlərindən biridir. Bundan əlavə, Hambardzumyan həmçinin “Qarabağ klanı”nın nümayəndəsi hesab edilir.

Hambardzumyanın bacısı qondarma qurumun “təhlükəsizlik şurasının sabiq katibi” Marat Musayelyanın gəlinidir. O, hər zaman Hambardzumyana sponsorluq edib. Bu sponsorluq 2007-2008-ci illərdə də rol oynayıb.

Belə ki, həmin vaxt MTX-nin keçmiş direktoru Qorik Hakobyan Hambardzumyanı vəzifəsindən uzaqlaşdırmaq istəyirdi, çünki o zaman hələ müstəntiq olan Hambardzumyan Qorik Hakobyana hesabat vermədən Ağvan Hovsepyanın göstərişi ilə keçmiş mərkəzi prokurorun oğlunun işini bağlayıb.

Məlumata görə, həmin vaxt Hambardzumyanın azad olunması əmri artıq hazır olub, lakin Qarabağdan zəng gəlib ki, Hambardzumyan nəinki vəzifəsindən azad olunmayıb, həmçinin müstəntiq vəzifəsindən birdən-birə MTX istintaq idarəsinin rəis müavini təyin olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MTX  


Bizi "telegram"da izləyin