Ötən gün məlumat verilərək bildirilib ki, Aprel döyüşlərini araşdıran komissiyanın iclaslarından birində əsgərlərdən biri Andranik Köçəryan və Aren Mkrtçyanı utandıraraq biabır edib. O, Köçəryanın böyük oğlunu qeyri-naməlum şəraitdə hərbi xidmətdən azad etdiyini bildirib, ona bu cür suallar vermək hüququnun olmadığını söyləyib. Mkrtçyanı da orduda xidmət etmədiyinə görə təhqir edib.
Efirdə Köçəryan həmin söhbətin məzmununu əhatə edən şərh verməyib, özünəməxsus şəkildə yalan danışıb.
“Köçəryan bildirib ki, söhbəti yayan saytı guya mən və həyat yoldaşı idarə edirik. Mən açıq şəkildə bildirirəm ki, Ando Köçəryan yalan danışır və həyat yoldaşımın “Politik.am”ın fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur. Ando Köçəryanın qadınları aşağılamaq üçün adət etdiyi aydındır, amma indiki halda bu ona baha başa gələ bilər. Ona öz yerində rahat oturmağı məsləhət görürəm. Digərlərinin ailə üzvləri haqqında yalanlar yaymağa davam edərsə, onun ailə üzvləri haqqında həqiqəti söyləməyə məcbur olacağıq”, - deyə erməni jurnalist Boris Murazi bildirib.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan
Aprel-döyüşləri