Tonoyan-Köçəryan qarşıdurması - Sonuncu Müdafiə naziri olmaq istəyir?

2019/10/15597-1571999372.jpg
Oxunub: 7563     16:28     25 Oktyabr 2019    
“Oktyabrın 27-dən sonra güc strukturlarında olmaq istəyim olmayıb, çünki güc stukturları və o dövrkü hakimiyyət tamamilə başqa problemi həll edirdi”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu gün Ermənistan parlamentinin brifinqləri zamanı erməni jurnalistlər Müdafiə naziri olma ehtimalı ilə bağlı “Mənim Addımım” fraksiyasının deputatı Andranik Köçəryana sual veriblər.

O bildirib ki, əvvəllər güc strukturlarında işləmək fikri olmayıb.

“Mən 29 yaşımda olanda güc strukturlarının rəhbər heyətində olurdum, xüsusilə Vazgen Sarkisyan Baş nazir olduğu müddətdə müntəzəm olaraq iştirak edirdim. Oktyabrın 27-dən sonra güc strukturlarında olmaq istəyim olmayıb, çünki güc stukturları və o dövrkü hakimiyyət tamamilə başqa problemi həll edirdi. “27 Oktyabr” hadisəsi ölkəmizin siyasi perspektivini kəsdi. Mən müxalifətdə idim, ötən ilə qədər gənc nəsliniz bizim nəslimizin müntəzəm olaraq cəhd etdiyi imkanı həyata keçirdi”, - deyə Köçəryan suala tam cavab verməyib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin