MDB Hökumət Başçıları Şurasının iclasında önəmli qərarlar imzalanıb

2019/10/ali_4-1571998058.jpg
Oxunub: 9794     14:21     25 Oktyabr 2019    
Oktyabrın 25-də Moskvada MDB Hökumət Başçıları Şurasının iclası keçirilib.

Ordu.az xəbər verir ki, iclasda Azərbaycanın Baş Naziri Əli Əsədov iştirak edib.

“Skolkovo” Texnoparkında keçirilən iclasda MDB hökumət başçıları iqtisadi və humanitar sahələrdə qarşılıqlı fəaliyyətin aktual məsələlərini müzakirə ediblər.


İclasda MDB ölkələrinin İnformasiya Təhlükəsizliyinin təmin edilməsi Strategiyası haqqında qərar da qəbul edilib. Strategiya siyasi, iqtisadi, elmi-texniki, sosial, hərbi, ekoloji sahələrdə mövcud təhdidlər şəraitində MDB ölkələrinin informasiya təhlükəsizliyi istiqamətində əməkdaşlığın səmərəliliyinin artırılmasına, səylərin birləşdirilməsinə yönəldilib. Sənəddə informasiya təhlükəsizliyi sahəsində birgə razılaşdırılmış tədbirlərin keçirilməsinə, o cümlədən təhlükəsiz və sabit İnternetin təmin olunması, beynəlxalq informasiya mübadiləsi, informasiya texnologiyalarından terror məqsədi ilə istifadə olunmasının qarşısının alınması və digər sahələrdə qarşılıqlı fəaliyyətin səmərəliliyi əksini tapıb.


MDB hökumət başçıları MDB antiinhisar orqanlarının fəaliyyətinin əsas istiqamətləri, 2019-2024-cü illərdə radionaviqasiyanın inkişafı, 1979-1989-cu illər Əfqanıstan müharibəsində itkin düşmüş hərbçilərin axtarışı, MDB ölkələrinin Oyunları və bir çox digər saziş və qərarlar imzalayıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MDB  


Bizi "telegram"da izləyin