Lavrov ABŞ-ın biolaboratoriyalarına görə Ermənistana səfər edəcək

2019/10/567-1571997611.jpg
Oxunub: 8829     14:01     25 Oktyabr 2019    
Rusiya Xarici İşlər naziri Sergey Lavrov noyabrda Ermənistana səfər edəcək.

Ordu.az xəbər verir ki, bu barədə "Kommersant" nəşri məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində rusiyalı mütəxəssislərin Ermənistanda yerləşən və Pentaqonun pulu ilə yaradılan biolaboratoriyalara girişini təmin edən memorandum imzalanacaq.

Başqa mənbə qəzetə sənədin mətninin hazır olduğunu və qurumlararası razılaşdırmadan keçdiyini təsdiqləyib. Bildirilib ki, memorandum iki ölkə arasında tibbi-bioloji sahədə əməkdaşlığı nəzərdə tutur.

ABŞ-ın vəsaiti ilə modernləşdirilmiş, bioloji tədqiqatlar aparılan, ştamm və virusların öyrənildiyi laboratoriyalar MDB məkanında Ukrayna, Gürcüstan, Ermənistan və Qazaxıstanda fəaliyyət göstərir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lavrov   Ermənistan   ABŞ  


Bizi "telegram"da izləyin