Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, problem Ermənistan Müdafiə Nazirliyinin Sünik vilayətinin Qapan şəhərində yerləşən “N” saylı hərbi hissələrindən birində 5 gündür yoxa çıxan hərbi qulluqçunun hələ də tapılmaması və bu günə qədər ondan hər hansı bir xəbərin olmamasıdır.
Şübhəsiz ki, burada əsas məsuliyyət Ermənistan Baş Qərargah rəisi Artak Davtyanın timsalında Ermənistan SQ Baş Qərargahının üzərinə düşür.
Məlumatlara görə, əsas narahatçılıq dalğası da məhz buradadır, çünki bu il buna bənzər bir çox hadisələr olub. Erməni əsgərlərin hərbi hissədə olan zorakılıqlara görə mövqelərimizə keçməsi və ya təmas xəttində intihar etməsi hər kəsə yaxşı məlumdur.
Hazırda Ermənistan Müdafiə Nazirliyində sadəcə əsgərin sağ qalması üçün dua edirlər. Hərbi polis tərəfindən aparılan ilkin istintaq məlumatlarına görə, əsgərin hərbi hissə ilə hər hansı problemi olmayıb. Hüquq-mühafizə orqanları əsgərin yaxınlarının nəyisə gizlətməsindən şübhələnirlər, çünki onlar hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etməyə o qədər də hazır olmadıqlarını bildiriblər.
Alpər Mövludoğlu
Ordu.az