“Hraparak”: Aprel döyüşlərini araşdıran İstintaq Komissiyasının işləri nəticəsizdir

2019/10/15597-1571988539.jpg
Oxunub: 19408     16:24     25 Oktyabr 2019    
“Aprel döyüşlərini araşdıran İstintaq Komissiyasının sədri Andranik Köçəryana başa salıblar ki, güc strukturuna rəhbərlik etmək gözləntisi olmamalıdır”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın nüfuzlu “Hrapark” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, dünən, Ermənistan parlamentinin iclası zamanı “Mənim Addımım” fraksiyasının deputatlarına cəld şəkildə Sayat-Novanın ofisinə iclasa gedəcəkləri barədə bildiriblər. Bəzilərinə xüsusi xəbərdarlıq edilib ki, mütləq iştirak etmək lazımdır, çünki fraksiyanın iclaslarında adətən 88 deputatdan, təxminən 30-40 deputat iştirak edir.

İclasda istintaq komissiyalarının məsələsi müzakirə olunub. Lilit Makunts Andranik Köçəryana xatırladıb ki, Aprel döyüşlərini araşdıran parlament İstintaq Komissiyası 6 aylıq yaradılıb, bu 6 aydan 4-ü keçib, onlar isə buna qədər İstintaq Komissiyasının nə işi gördüyünü bilmirlər.

Məlumatlara görə, bəzi şəxslər Aprel döyüşlərini araşdıran İstintaq Komissiyasının işlərindən narazıdır və nəticə olmayacağı halda ictimai, hərbi çərçivələrdə yeni narazılıq dalğası yüksələ bilər.

“Hraparak” nəşrinə bildirilib ki, doğrudur, işlər gizlidir, lakin komissiya müəyyən bir hesabat təqdim etməlidir, çünki o, parlamentin yurisdiksiyası altında fəaliyyət göstərir.

Heriknaz Tiqranyan bildirib ki, gizlilik qorunmalıdır, lakin onlar da nəsə yardım edə və məsləhət verə bilərlər. Köçəryan isə qeyd edib ki, işin başa çatdırılması üçün parlamentdən daha 6 ay müddət istənilməlidir.

“Belə bir təəssürat var ki, Köçəryan fəaliyyətinin aşağı səviyyədə olmasını başa düşür. Ona başa salınıb ki, güc stukturuna rəhbərlik etmək gözləntiləri olmamalıdır. Andonun isə ambisiyaları var və bunu hamımız bilirik”, - deyə nəşr yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İstintaq   Aprel-döyüşləri  


Bizi "telegram"da izləyin