Ermənistan MN hərbi qulluqçunun fərariliyini 5 gün gizlədib

2019/05/156za-1558073973.jpg
Oxunub: 18142     16:47     24 Oktyabr 2019    
"Nə əsgərin ailə üzvləri, nə də hüquq-mühafizə orqanlarının əsgər haqqında məlumatı yoxdur".

Ordu.az xəbər verir ki, bu barədə fərari erməni hərbi qulluqçunu xalası "Haykakan Jamanak" nəşrinə açıqlamasında bildirib.

O qeyd edib ki, əsgər heç vaxt xidmətindən narazı olmayıb.

"Yayda məzuniyyətə gəlmişdi, xidmətdən hər hansı etirazı yox idi, hərbi hissəni tərk etməzdən bir gün əvvəl də onunla danışmışıq, hər şey yaxşı idi", - deyə erməni hərbi qulluqçunun xalası Knarik bildirib.

Qeyd edək ki, Ermənistanın Vanadzor (Böyük Qarakilsə) şəhər sakini, məcburi müddətli hərbi hərbi qulluqçu Q. Erik artıq 5 gündür ki, hərbi hissəni özbaşına tərk edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Fərarilik  


Bizi "telegram"da izləyin