Hərbi dənizçilərlə Hərbi Prokurorluq nümayəndələrinin görüşü keçirilib - FOTO

2019/10/0319d-1571921367.jpg
Oxunub: 20569     16:48     24 Oktyabr 2019    
Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında imzalanan 2019-cu il üçün birgə tədbirlər planına əsasən Hərbi Dəniz Qüvvələrində görüş keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, görüşdə hərbi qulluqçulara qarşılıqlı davranış qaydaları və münasibətlərin nizamnamənin tələblərinə uyğun qurulması barədə brifinq təqdim olunub.


Bakı Hərbi Prokurorunun böyük köməkçisi 1-ci dərəcəli hüquqşünas Tural Salmanov şəxsi heyətlə “Hərbi kollektivin möhkəmləndirilməsində matrosun rolu” mövzusunda söhbət aparıb.

Sonda görüş iştirakçıları mövzu ilə əlaqəli aktual məsələləri müzakirə edib və bu cür tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MN   Dənizçilər  


Bizi "telegram"da izləyin