Hovhannisyan "Orsis" işi barədə: "Konkret qiymətləndirmələr verməkdən kənar qalacam"

2019/08/Arcru-1566208162.jpg
Oxunub: 10986     17:03     24 Oktyabr 2019    
""Orsis"lə bağlı mövzu anonim mənbələr və anlaşılmaz motivlərə görə öncədən yanlış istiqamətdə gedib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan RİA "Novosti" xəbər agentliyinin "Rusiya ORSİS şirkətinin iştirak etdiyi silah satışı müsabiqəsinin uğursuzluğuna görə Ermənistana etiraz notası verəcək və yaranmış vəziyyəti qaydasına salmaq üçün Ermənistanın Müdafiə naziri Davit Tonoyana müraciət edəcək" məlumatına toxunarkən deyib.

Onun sözlərinə görə, təəssüf ki, "Orsis"lə bağlı bu mövzu müxtəlif anonim mənbələr və anlaşılmaz motivlərə görə öncədən yanlış istiqamətdə gedib.

"Cinayət işinin açılması bəyanatı ilə məlum oldu ki, tamamilə fərqli hüquqi proses baş verir. Təəssüf edirəm ki, bu mövzu bu gün də eyni anonim mənbələr və anlaşılmaz izahatlarla manipulyasiya edilir. Nə qədər ki, müəyyən hüquqi proses gedir, mən konkret qiymətləndirmələr verməkdən kənar qalacam", - deyə o bildirib.

Hovhannisyan qeyd edib ki, etiraz notasında vəziyyəti həll etmək və vəziyyətin təfərrüatlarını anlamaq istənilmir.

Qeyd edək ki, az öncə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anna Nağdalyan naziliyin Rusiya Xarici İşlər Nazirliyindən "Orsis" şirkəti ilə bağlı heç bir nota almadığını bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   ORSİS   Rusiya   Nota  


Bizi "telegram"da izləyin