Hovhannisyan fərari əsgər haqqında açıqlama verməyə məcbur olub

2019/10/Arcru-1571919337.jpg
Oxunub: 18659     16:39     24 Oktyabr 2019    
Xəbər verdiyimiz kimi, Ermənistan ordusunun müddətli hərbi qulluqçusu beş gündür ki, Sünik vilayətinin (Zəngəzur mahalı) Qapan şəhərində yerləşən "N" saylı hərbi hissəni özbaşına tərk edib və bu günə qədər ondan xəbər yoxdur.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin katibi Artsrun Hovhannisyan baş vermiş hadisəni təsdiqləməyə məcbur olub.

O bildirib ki, hüquq-mühafizə orqanları məsələ ilə məşğuldur.

"Hərbi polis əməkdaşları daim hərbi qulluqçunun ailəsi ilə əlaqədədir. Yəni, intensiv iş gedir və müvafiq orqan gecə-gündüz bu məsələ ilə məşğul olur", - deyə Hovhannisyan qqeyd edib.

O, hərbi qulluqçunun hansı səbəbdən hərbi hissəni tərk etməsinə toxunmayıb.

Alpər Mövludoğlu
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hovhannisyan   Ermənistan-ordusu   Fərarilik  


Bizi "telegram"da izləyin