Ermənistanda ehtiyatda olan zabitlər də etiraza qalxdı - VİDEOLAR
Oxunub: 30528
16:09
24 Oktyabr 2019
Ermənistanda tərxis olunmuş zabitlər ilk dəfə Baş nazir və Müdafiə nazirinə müraciət ediblər.
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu gün Ermənistan ordusunun tərxis olunmuş zabitləri hökumət binası qarşısında toplaşaraq tapdalanmış hüquqlarını tələb ediblər.
Onların sözlərinə görə, illər ərzində hüquqları tapdalanıb, inqilabdan sonra isə heç nə dəyişməyib.
Tərxis olunmuş zabitlər bildiriblər ki, bu gün ilk dəfə məktubla Paşinyana müraciət edəcəklər, buna qədər isə yalnız nümayiş keçiriblər.