Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Rusiya Hərbi-Texniki Əməkdaşlıq Federal Xidmətinin direktoru Dmitri Şugayev məlumat verib.
Onun sözlərinə görə, həm ölkələrin milli silahlı qüvvələri üçün, həm də üçüncü ölkələrin maraqları üçün silah və hərbi texnikanın birgə inkişafı və istehsalı ilə bağlı bəzi perspektivli əməkdaşlıq layihələri var.
Şugayev bildirib ki, Cənubi Afrika Afrikada ən inkişaf etmiş hərbi-sənaye kompleksinə sahibdir və Rusiya BRICS qrupu çərçivəsində ikitərəfli münasibətlərin və əməkdaşlığın səviyyəsini nəzərə alaraq onunla əməkdaşlıq etməkdə maraqlıdır.
Sevinc Əliyeva
Ordu.az