Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu jurnalistlərlə söhbəti zamanı Ermənistan parlamentinin “Mənim Addımım” fraksiyasının deputatı Andranik Köçəryan Nairi Hunanyanın vaxtından əvvəl sərbəst buraxılması üçün etdiyi müraciət məsələsinə toxunarkən bildirib.
Köçəryan bildirib ki, bəzi insanların azadlıqda olmaqla bağlı Hunanyana ümid verməsi mümkündür, lakin bunun hakimiyyətlə heç bir əlaqəsi yoxdur.
“Hər halda, Hunanyan ilkin istintaq orqanının işləri zamanı indiyə qədər zəruri, naməlum epizodları təqdim etməyə hazırdısa, biz “27 Oktyabr” hadisəsinin tam üzə çıxarılmasına imkan qazanaraq bu imkanı tam şəkildə həyata keçirməyə çalışacağıq”, - deyə o qeyd edib.
Deputatı sözlərinə görə, “27 Oktyabr” işinin ortaya çıxarılması məsələsində Ermənistanın ikinci prezidentinin də deyəcəyi çox şey olmalıdır.
“Fikrimcə, o, öz xatirələrində də qeyd edib ki, “27 Oktyabr” günü prezident iqamətgahında yüksək vəzifəli şəxslə görüşüb. Vazgen Sarkisyanı da ora dəvət edib və onu inandırmağa çalışıb ki, həmin gün parlamentə getməyə dəyməz. Mən buna fərqli kontekstdə baxıram. Bu, o deməkdir ki, yeni halların üzə çıxması halında ilkin istintaq orqanı məhrum olduğu hələ çox məsələnin araşdırılması imkanına malik olmalıdır”, - deyə erməni deputat bildirib.
Alpər Mövludoğlu
Ordu.az