Ermənistanda terrorçunun hakimiyyətə müraciəti xalqda qəzəb yaradır

2019/10/Untit-1571905103.jpg
Oxunub: 28783     12:22     24 Oktyabr 2019    
“Nairi Hunanyan yalnız qanuni hüququndan istifadə edir. Qanuna əsasən, ömürlük həbsə məhkum olunmuş şəxslər 20 il cəza çəkdikdən sonra bağışlanma xahişi ilə müraciət etmək hüququna malikdirlər”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni vəkil, Respublika partiyası siyasi şurasının üzvü Norik Yeğiazaryan bildirib.

Bu xəbər yayıldıqdan sonra versiyalar irəli sürülüb ki, Nairi Hunanyan bu yolla müəyyən çərçivələrə mesaj göndərir.

“27 Oktyabr” hadisəsinin (Ermənistan parlamentinin gülləboran edilməsi – red.) əsas iştirakçısı, terror qruplaşmasının rəhbəri Nairi Hunanyanın vaxtından əvvəl sərbəst buraxılması üçün cəzaçəkmə müəssisəsinə müraciəti baş vermiş terror zamanı ölən insanların yaxınları, zərərçəkənlər və ümumiyyətlə terroru qınayanlar arasında qəzəb yaradıb.

“Əfv hüququ olan və əfv hüququ olmayan iki cür ömürlük həbs cəzası var. Vaxtilə bu məsələ müzakirə olunanda insanlara iyirmi il sonra bağışlanma imkanı vermək üçün əfv hüququ olan həbs növünün qalması baxışı qalib gəldi. Nairi Hunanyanya gəldikdə isə hesab etmirəm ki, onun xahişi təmin olunacaq”, - deyə Yeğiazaryan bildirib.

Yeğiazaryan Hunanyan tərəfindən göndərilən mesaj məsələsinə münasibət bildirib ki, əgər indi iyirmi il tamam olmasaydı, o, müraciət edə bilməzdi, heç bir mesaj da olmayacaqdı, yəni indi bu, təsadüfdür, yoxsa nədir?

Yeğiazaryan hesab edir ki, Nairi Hunanyan azadlığa çıxsa, onu qaçırmalıdırlar, çünki cəmiyyətin yaddaşında qalan izlər sakit qala bilməz.

“Əgər onun müraciəti təmin olunsa, onda onu Ermənistandan uzaqlaşdırmalıdırlar. Lakin hesab edirəm ki, bu müraciət təmin olunmayacaq”, - deyə vəkil bildirib.

Jurnalistlərin “27 Oktyabr” terrorçularının onları kimin yönləndirdiyi haqqında danışması mümkündür?” sualına Yeğiazaryan cavab verib ki, onlar da bilmirlər ki, terrorun kökləri haradadır.

“Sizcə, onlar bilirlər ki, kim yönləndirib? Əgər bilsəydilər, onları ortadan götürərdilər”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Terror   27-Oktyabr  


Bizi "telegram"da izləyin