Ermənistan MN-in hərbi qulluqçusu qəza törədib – 1 ölü

2019/04/v-iva-1555072119.jpg
Oxunub: 26611     12:07     24 Oktyabr 2019    
Oktyabrın 23-ü, saat 19:00 radələrində Dərələyəz mahalında (Vayots Dzor vilayəti) ölümcül qəza baş verib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Dərələyəz mahalı (Vayots Dzor vilayəti) sakini - 40 yaşlı A.M idarə etdiyi “VAZ 21013” markalı “35 XԼ 137” nömrəli avtomobil ilə İrəvan-Meğri avtomobil yolunun 122.7 km hissəsində eyni vilayətin sakini - 45 yaşlı Z.M-nı vurub.

Məlumata görə, bir neçə saat sonra isə Z.M xəstəxanada ölüb.

Baş vermiş hadisə ilə bağlı Ermənistan Cinayət Məcəlləsinin 242-ci maddəsinin 2-ci hissəsi ilə cinayət işi açılıb. Məlumatlara görə, açılmış cinayət işi Ermənistan İstintaq Komitəsinin Dərələyəz mahalı (Vayots Dzor vilayəti) istintaq idarəsinə göndəriləcək, sürücü A.M isə Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində müqaviləli hərbi qulluqçu kimi xidmət edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Qəza  


Bizi "telegram"da izləyin