Ermənistan Ədliyyə Nazirliyi penitensiar xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nona Navikyan bildirib ki, bu il Hunanyanın mühakimə edilməsinin 20 ili tamam olur, o, vaxtından əvvəl şərti azadlığa buraxılmaq üçün müraciət təqdim edib və müraciət gedişatdadır.
Əlbəttə, Ermənistanın hakimiyyət başında Paşinyan olmasaydı, Hunanyanın bu müraciətinə toxunmamaq olardı.
Məlumata görə, hakimiyyətin ictimaiyyəti uzun müddət məşğul etmək üçün yeni səhnə açmaq məqsədi var. Paşinyan hökuməti mövcud olduğu bir il yarım müddət ərzində sübut edib ki, reytinq və hakim stulları qorumaq üçün hər şeyə hazırdır. İndi istisna etmək olmaz ki, müəyyən ssenarinin mövcudluğu halında Paşinyan hökuməti Nairi Hunanyanı sərbəst buraxmağa qərar versin.
Erməni ekspertlərin sözlərinə görə, hakimiyyət qərar qəbul edənə qədər cəmiyyət öz səsini qaldırmalıdır və qərar verməlidir ki, qatilin yeri həbsxanadadır. Hunanyan azadlıqda olmamalıdır.
Alpər Mövludoğu
Ordu.az