Paşinyan status-kvonun gücləndirilməsinə çalışır – Daha bir təxribatçı açıqlama

2019/10/nikol-1571899543.jpg
Oxunub: 31985     10:44     24 Oktyabr 2019    
“Baş nazir seçildikdən dərhal sonra Azərbaycna silah satılması məsələsini KTMT çərçivəsində qaldırdım”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentində sual-cavab zamanı Paşinyan “Çiçəklənən Ermənistan” fraksiyasının deputatı Mikayel Melkumyanın Rusiya tərəfindən Azərbaycana silah satılması haqqında sualına cavab verərəkən bildirib.

Düşənbə danışıqlarından sonra verdiyi açıqlamaları unudan Paşinyan Azərbaycanı Qarabağ münaqişəsi ətrafında qeyri-konstruktiv olmaqda günahlandırıb.

O bildirib ki, görünən dövrdə Azərbaycan ritorikasının hiss olunan dərəcədə dəyişdiyini düşünmür və ən azından son 13 ildə bu ritorika eyni mövqedədir.

“Və bu, əsas problemdir. Biz Azərbaycan hakimiyyətini hər zaman konstruktiv sahəyə gəlməyə çağırırıq”, - deyə Paşinyan bildirib.

Qeyd edək ki, Paşinyanın hakimiyyət çevrilişi etdiyi gündən etibarən verdiyi açıqlamalar və apardığı siyasət bir-biri ilə uyuşmayıb. Qondarma qurumu danışıqlar masasına daxil etmək üçün “onun” adından danışmaqdan imtina, ATƏT-in əks bəyanatı fonunda “Qarabağ Ermənistandır, vəssalam” deməklə özünü itirən erməni Baş nazir indi də müxtəlif təxribat xarakterli bəyanatlarla status-kvonu saxlamağa çalışır.

Xatırladaq ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT" BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT" BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   İşğal   Qarabağ   Təxribat  


Bizi "telegram"da izləyin