Paşinyan KTMT ölkələrinin Azərbaycana silah satması haqında danışıb

2019/10/12521-1571896446.jpg
Oxunub: 15286     09:53     24 Oktyabr 2019    
“Ermənistanda bütün partiyalar və siyasi qüvvələr Azərbaycana KTMT ölkələri, xüsusilə də Rusiya tərəfindən silah satılması məsələsi ətrafında həmfikirdir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri oktyabrın 23-də parlamentdə sual-cavab zamanı deputat Mikayel Melkumyanın sualına cavab verərkən bildirib.

Paşinyan qeyd edib ki, Ermənistan Rusiya tərəfi ilə danışıqlarda, müxtəlif platformalarda bu məsələni hər zaman qaldırır.

“Biz deyə bilərik ki, bu məsələdə ümumilli konsensumuz var, çünki vurğularımız fərqlənmir. Koordinasiya aparılır, lazım gələrsə, daha aktiv şəkildə aparılacaq. Lakin koordinasiyasız da bu məsələdə mövqelərimiz eynidir”, - deyə Paşinyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   KTMT  


Bizi "telegram"da izləyin