DSX qaçaqmalçılığa qarşı mübarizəni davam etdirir

2019/09/70428-1569052327.jpg
Oxunub: 14248     09:41     24 Oktyabr 2019    
Dövlət Sərhəd Xidməti tərəfindən dəniz sərhədlərinin etibarlı mühafizəsi, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində rejim qaydalarına nəzarətin gücləndirilməsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Ordu.az-a verilən məlumata görə, oktyabrın 22-də saat 22:00 radələrində Astara rayonunun Şahağacı kəndi yaxınlığındakı sahil nəzarəti bölməsinin xidməti sahəsində sahildən 15 metr məsafədə 1 nəfər naməlum şəxsin hərəkətləri sərhəd naryadının diqqətini cəlb edib, həmin şəxsin sutkanın qaranlıq vaxtı kolluq sahəyə yaxınlaşması, kolluqda axtarış aparması və əlində bağlama ilə qayıtması şübhə doğur­ub.

Sərhəd naryadı tərəfindən həmin şəxsə “dayan” əmri verilib, əmrə tabe olmayaraq ərazidən qaçmağa cəhd göstərərkən saxla­nılıb. Üzərinə və bağlamaya baxış keçirilən zaman, bağlamada ümumi çəkisi 3 kq 600 qram olan narkotik maddə (3 kq 500 qram heroin, 100 qram metamfetamin) aşkar olunub.

Saxlanılmış vətəndaşın şəxsiyyəti dəqiqləşdirilib və Astara rayonu Şahağacı kənd sakini 1988-ci il təvəllüdlü Rəhmanov Sərxan Kərəm oğlu olması müəyyən edilib.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: DSX   Qaçaqmalçılıq  


Bizi "telegram"da izləyin