Ordu.az xəbər verir ki, tədbirlərdə çıxış edənlər bu əlamətdar hadisə münasibətilə çağırışçıları, onların valideynlərini təbrik edib, hərbi xidmətə yola düşən gənclərin şərəflə xidmət edəcəklərinə əmin olduqlarını bildirib və onlara sağ-salamat doğmalarının yanına qayıtmağı arzulayıblar. Həmçinin ölkəmizdə ordu quruculuğu sahəsində aparılan işlərdən, Azərbaycan ordusunun hərbi qüdrətindən və rəşadətindən söhbət açılıb, çağırışçı gənclərə vətənə sədaqətlə xidmət etməyi, komandirlərinin bütün əmrlərini yerinə yetirməyi, mərd və mübariz, intizamlı əsgər olmağı tövsiyə ediblər.
Ordu.az