Ordu.az xəbər verir ki, bu faktları Ermənistanın “Pastinfo” nəşri öz məqaləsində qeyd edib.
Məqalədə bildirilir ki, Azərbaycan açıq şəkildə müharibəyə hazırlaşır.
“Rəqibin gözümüzün önündə bu istiqamətdə konkret addımlar və hərəkətlər etdiyini görməklə, Ermənistan hökumətinin 2020-ci ildə dövlət büdcəsini 14% artırdığı bir vaxtda, hərbi xərclərin artımını dondurmasını xəyanət və ya şüursuz qayğı adlandırmaq olar”, - deyə nəşr bildirib.
Bəs Ermənistan nə edir?
Nəşr məqaləsində bu suala cavab tapmağa çalşıb.
“Bu kontekstdə, Ermənistanın, Qarabağın (qondarma qurum-red.) və rəqibimizin diqqətinə Ermənistan Baş nazirinin bazar günü ailəlikcə şərab içkisindən sonra idil yuxusuna getdiyinin nümayişinin şahidi oluruq. Bu qayğısızlıq nümayişi ismarıcından başqa bir şey deyil. Eyni zamanda, bu diqqətsizliyə cavab olaraq, diqqətsiz hökumət kimi, diqqətsiz parlament çoxluğu kimi, həm də diqqətsiz və bir qrup insanın şüursuzca baş naziri təriflədiyini görürük. Başqa sözlə, əslində xalqı məyus etmək üçün hər cür səy göstərən Paşinyan başqa nə etməlidir?”, - deyə məqalədə qeyd olunub.
Nəşr vurğulayıb ki, hakimiyyət dəyişikliyi zamanı verilən min bir vədinə əməl etməyərək baş nazir olmaqdan və Amulsar mədənini istismar etməyə qarşı çıxan deputatlara total təzyiqdən, İstanbul Konvensiyasını millətə tətbiq etməkdən, qanuna tabe olmamaqdan, ədliyyənin işinə maneə törətməkdən, məhkəmələrin qapılarını zəbt etməyə əmr verməkdən, hakimlərin rolunu sıfıra endirməkdən, korrupsiyadan, konstitusiya məhkəməsi hakimlərinə rüşvət təklif etməkdən, büdcənin tükənməsi ilə 300 min dollarlıq minik avtomobillərindən, 2 milyon dollara ev təmir etməkdən və 450 min dollar ABŞ səfərindən, Ermənistan-Qarabağ arasında bölücü xətt çəkməsindən, hüquq-mühafizə orqanlarının peşəkar zabitlərini istefaya göndərilməsindən, Konstitusiya məhkəməsi sədrinin ailə üzvlərini, təqaüdçü atası və qızları daxil olmaqla 37-ci illərin təzahürlərindən istifadə etməklə MTX-yə dindirilməyə gətirilməsindən, qanun və haqq mənəm deməsindən sonra belə erməni xalqının böyük bir kütləsinin onu sevib “oynaması”, “Nikol yaxşıdır” deməsi, etimad və sevgi təsdiqi və “təbəssümləri” məhz həmin Paşinyana aid olan hərəkətlərə bağlıdır.
Müharibə şəraitində Ermənistan Respublikasının Ali Baş Komandanı olan?...
Təəssüf ki, nə Paşinyan, nə də erməni xalqının böyük bir hissəsi “Ali Baş Komandan” ifadəsinin adi bir söz birləşməsi olmadığını başa düşmür.
“Ancaq tam fərqli təzahürlərin şahidiyik – festivaldan festivala yeməklərdən dadmaq, nümayişkarcasına bəyanatlar, selfilər, flaş-mob və canlı yayımlara şahidlik edirik. Burada “iqtisadi inqilab”a çatmaq uğrunda təmtəraqlı bəyanatlardan başqa heç bir şey görmədik, bu baş nazirin və komandasının Ali komandan məqamının ciddiliyini dərk etmədiyindən xəbər verir. Bu diqqətsizliyə son qoymasaq və müharibə şəraitində yaşayan bir ölkənin qaydaları ilə yaşamağı öyrənməsək, bu dəfə Qarabağ üçün müharibədə çətin ki, yeni bir qələbə qazana bilək”, - deyə “Pastinfo” nəşri qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az