“Əminəm ki, yaxın zamanlarda Ali Baş Komandanımızın rəhbərliyi altından bütün ərazilərimiz işğaldan azad olunacaq və Azərbaycanın müzəffər bayrağı işğaldan azad olunan bütün ərazilərdə dövlət sərhədlərində dalğalanacaq”.
Ordu.az xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində yeni hərbi hissə kompleksinin xidmətin döyüş fəaliyyətinə başlamasına həsr olunmuş tədbir zamanı bildirib.
Qeyd edək ki, oktyabr ayının 22-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşun-larının “Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində yeni hərbi hissə kompleksi istifadəyə verilib.
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
DSX
Qazax