“Bu, Azərbaycana kart-blanşdır və bunun günahkarı bugünkü hakimiyyətdir” – Şarmazanov

2019/04/41915-1556196015.jpg
Oxunub: 940     15:31     22 Oktyabr 2019    
“Paşinyan Ermənistan-Rusiya münasibətlərinin parlaq olduğunu və Qarabağ məsələsində yeni konsepsiyanın formalaşdırılmalı olduğunu bildirib”.

Ordu.az erməni KİV-lərinən istinadən xəbər verir ki, bunu bu gün, oktyabrın 22-də jurnalistlərlə görüşü zamanı Ermənistan Respublikaçılar partiyasının mətbuat katibi Eduard Şarmazanov bildirib.

O qeyd edib ki, Paşinyanın konsepsiyası nə Ter-Petrosyanın, nə Robert Köçəryanın, nə də Serj Sarkisyanın konsepsiyasının davamı deyil.

“Biz onun kosepsiyasını elə də görmədik ki, onun konsepsiyası hansıdır. Onun konsepsiyası nə Ter-Petrosyanın, nə Robert Köçəryanın, nə də Serj Sarkisyanın konsepsiyasının davamı deyil. Bəlkə də bu, Düşənbə liftində qaranlıq razılaşmaların əldə olunmasıdır. Lakin bir şey aydındır ki, müttəfiq ölkəmiz Xarici İşlər nazirinin dodaqları ilə “Valday” klubunda danışıqları qeyri-konstruktiv kursla apardığı üçün Ermənistan rəhbərliyinə ittiham səsləndirir. Keçmiş üç prezident dövründə hansısa həmsədr ölkənin Xarici İşlər naziri Ermənistan hakimiyyətinin ünvanına birbaşa olaraq bu kimi ittiham səsləndirməyib”, - deyə Şarmazanov bildirib.

O qeyd edib ki, Paşinyanın bəyanatından sonra həmsədr ölkələr Paşinyana sarı vərəqə göstərdi, Sergey Lavrov isə danışıqları qeyri-konstruktiv kursla aparmaqda Ermənistan hakimiyyətinin ünvanına birbaşa mətnlə ittiham səsləndirdi.

“Bu, Azərbaycana kart-blanşdır və bunun günahkarı bugünkü hakimiyyətdir”,- deyə Şarmazanov bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   İşğal   Qarabağ  

“Bu, Azərbaycana kart-blanşdır və bunun günahkarı bugünkü hakimiyyətdir” – Şarmazanov

2019/04/41915-1556196015.jpg
Oxunub: 941     15:31     22 Oktyabr 2019    