Lələtəpədə təxribatçı əməliyyatlarda iştirak edən erməni baş çavuş dindirilib – DETALLAR

2019/07/5765_-1564558347.jpg
Oxunub: 19649     16:22     22 Oktyabr 2019    
Bu gün Ermənistanda Aprel döyüşlərini araşdıran parlament istintaq komitəsi növbəti qapalı iclasını keçirib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, komissiyanın qonağı döyüş günlərində Lələtəpə istiqamətindəki təxribatçı əməliyyatlarda iştirak edən baş çavuş olub.

O, qüvvələrimizin strateji hündürlüyü necə azad etməsinin təfərrüatlarını danışıb.

Komissiyanın sədri Andranik Köçəryan iclasdan sonra jurnalistlərə açıqlamasında komissiya üzvlərinin kədərli reallıq haqqında məlumat aldıqlarını qeyd edib.

Jurnalistlər Köçəryandan Lələtəpənin necə itirilməsini soruşublar. Komissiya sədri bir an susub, sonra açıqlama verməyə tələsməyəcəyini, hər şeyin zamanında ictimaiyyətə təqdim olunacağını bildirib.

Eyni zamanda, Köçəryan dəvət edilən baş çavuşdan dəyərli məlumat aldıqlarını və o dövrdə həqiqətən həmin baş çavuşun “fərqlənən” bir əsgər olduğuna inandığını söyləyib. Andranik Köçəryanın sözlərinə görə, ilk zərbəni alan əsgərləri dinləmək komandirləri dinləmək qədər vacibdir. Eyni zamanda, Lələtəpə barədə hələ dəvət edilənlərin olacağını vurğulayıb.

Erməni komitə sədrinin sözlərinə görə, hərbçiləri dinləyərkən çox böyük enerji sərf edilir, ancaq yüksək vəzifəli hərbçiləri dinləyərkən belə bir hiss yaşamırlar.

Məlumata görə, Ermənistanın sabiq Müdafiə Naziri Vağarşak Harutyunyan da məsləhətçi qismində İstintaq Komitəsinin bugünkü iclasında iştirak edib.

“Vağarşak Harutyunyan, ordu quruculuğunun əsasını qoyanlardan biri olmaqla, daha sonra Müdafiə Naziri vəzifəsində olan, silahlı qüvvələrlə daim əlaqəsi olan bir şəxs kimi hərbi biliklərini komitəmizin işinin xeyrinə daimi olaraq bölüşə bilər”, - deyə Andranik Köçəryan jurnalistlərə bildirib.

“Haykakan Jamanak”ın Harutyunyanın digər iclaslarda iştirak edib-etməyəcəyinə dair sualını cavablandıran Köçəryan, onun lazım olduqda komitə üzvlərinə kömək etdiyini söyləyib.

Məlumata görə, komitə, həmçinin artilleriya mütəxəssisi, kəşfiyyat mütəxəssisi, hərbi hava qüvvələri mütəxəssisi və başqaları da daxil olmaqla, Ermənistan ordusunun əsasını təşkil edən digər hərbçilərlə də məsləhətləşəcək. Köçəryan hələlik ad çəkməsə də, bütün suallara tam cavab tapmaq üçün ardıcıl olaraq yollarına davam etdiklərini söyləyib.

O, komissiyanın beş aylıq işi ərzində müxtəlif dəvət edilən şəxslərin təqdim etdikləri məlumatların bir-birinə zidd olması hallarının baş verdiyini də qeyd edib.

“Növbəti addım ziddiyyətləri araşdırmaq və məlumatın həqiqiliyini yoxlamaqdan ibarət olur. Hər şey danışıla bilər, ancaq deyilənlərin dəlil bazası layiqincə olduğu halda bu ifadələr faktlara çevrilir”, - deyə erməni komissiya sədri bildirib.

Erməni ordusunun yüksək rütbəli məmurları və əsgərlərini eyni, ya da ziddiyyətli məlumatlar verən məmurlarını bir anda çağırmağın mümkün olub-olmadığına dair verilən suala Köçəryan mənfi cavab verib və istintaq fəaliyyəti olduğu üçün “üzləşmə” aparılmayacağını bildirib: “Bu komissiya yalnız istintaq komissiyasıdır. Müəyyən bir reallıq üçün yaradılıb”.

Ancaq Köçəryan eyni zamanda yalan hesabatların da diqqətdən yayınmayacağını vurğulayıb və dəvət edənlərə bu yolla getməməyi tövsiyə edib.

Bu dəfə jurnalistlər Köçəryandan, əgər Serj Sarkisyan komissiyanın iclaslarında iştirak etməkdən imtina edərsə, müəyyən suallara cavabları olmadan komissiya hərtərəfli məlumatlar alacaqmı, deyə verikləri suala cavabında Köçəryan, heç kimin bildiyi məlumatı belə komissiyaya açıqlamaqdan imtina edə biləcəyinə inanmadığını söyləyıb və sonra əlavə edərək qeyd edib: “Serj Sarkisyan ölkənin ali baş komandanı olub. İstəyib-istəməməsindən asılı olmayaraq, komissiyanın ona sualları var. Çoxşaxəli araşdırmamız zamanı Serj Sarkisyanın funksiyası ilə bağlı ona suallarımızın olacağı mərhələsinə gəlib çatacağıq”.

Jurnalistlər, həmçinin aprel hadisələri zamanı Serj Sarkisyanın ölkədə olmamasının təsadüf olub-olmadığını soruşublar. Köçəryan cavab verib ki, Serj Sarkisyan həmişə həlledici məqamlarda ölkədə olmayıb, amma onun bu yoxluğu yaxşı öyrənilməyincə bunun təsadüfən və ya qəsdən olub-olmadığını demək olmaz.

Hər halda, Köçəryanın sözlərinə görə, əgər Sarkisyan komissiyanın suallarını cavablandırmaqdan imtina edərsə, növbəti addımlar var və onlardan biri də bu sualları ictimai şəkildə səsləndirməkdir.

Jurnalistlərin, keçmişdə Serj Sarkisyanın parlamentə yox, fraksiya nümayəndələrinin onun yanına getməsinə diqqət çəkmələri, nəticədə bunun indi də belə olacağına və istintaq komissiyasının üzvlərinin Sarkisyana suallar verməyə gedəcəyinə dair suallarına Andranik Köçəryan belə cavab verib: “Ermənistanda işlər dəyişib, siyasi mühit dəyişib, keçmiş məmurlar bu formatdan imtina etməyə hazır olmalıdırlar. Keçmiş məmurlar sadəcə gəlməyə məcburdurlar. Keçmişdə Serj Sarkisyan kimin deputat olacağına qərar verdiyinə görə, onlar gedirdilər. İndi belə deyil, bu səbəbdən Ermənistanda işlər dəyişib və yaxşı olardı ki, onlar müvafiq qurumlarla əməkdaşlıq etsinlər”.

Köçəryanın sözlərinə görə, əgər komissiya tərəfindən əldə edilən məlumatların araşdırılması zamanı cinayət elementləri meydana çıxsa, bu hallara hüquqi qiymət veriləcək.

““1 Mart” fakt araşdırma qrupunun fəaliyyətində olduğu kimi, hesabatları təqdim edəcəyik, çünki ola bilər ki, bunlar cinayət işinin əsası ola bilər, bəlkə də olmaz", - deyə Köçəryan qeyd edib.

Döyüşlərin videogörüntülərinin araşdırmalar üçün yetərli olub-olmadığına dair suala cavabında Köçəryan bütün lazımi videomaterialları, sənədləri, sorğuları araşdırdıqlarını və lazım gəldikdə tələb edib, aldıqlarını bildirib: “Əlbəttə, bəzi şeylərin təxirə salınması halları var, amma onlar da komitəyə təqdim olunur”.

Köçəryan gecikdirənlərin kimlər olduğunu, hansı sənədləri axtardıqlarını və hələ də tapmadıqlarını açıqlamayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Aprel-döyüşləri   İstintaq  


Bizi "telegram"da izləyin